5 Oktyabr 2017 14:02
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Fairmont Hoteldə Dünya Boks Şurasının (WBC) prezidenti Maurisio Suleymaninin mətbuat konfransı keçirilib.

Teleqraf.com xəbər verir ki, konfrans zamanı çıxış edən Maurisio Suleymani ölkə başçısına idman sahəsinə göstərdiyi qayğılara görə təşəkkür edib:

"Prezident İlham Əliyev çox sadə və idman sahəsində geniş məlumatlara sahib adamdır. Prezidentin tapşırığı ilə Azərbaycanda peşəkar boks federasiyası yaradılıb. Azərbaycan bu il peşəkar boks federasiyasının tərkibində 166-cı sırada yer alır. Gələcəkdə WBC boks federasiyasının inkişaf məqsədilə qadınlar arasında keçirilən peşəkar döyüşlərə daha çox üstünlük veriləcək".

Prezidentlə görüşündən təəssüratlarını bölüşən WBC prezidenti qeyd edib ki, onlar Azərbaycanı tərk edərkən səfir kimi tərk edəcəklər:

"İlham Əliyev və rəsmi nümayəndələrlə görüşümüz oldu. Görüş bizim üçün çox əlamətdar oldu. Prezidentiniz böyük ürəkli və xarizmatik bir liderdir. Görüş zamanı idman sahəsində atılacaq yeni addımlar barədə müzakirələrimiz oldu. Biz ölkənizi tərk edəndə səfir kimi tərk edəcəyik".

Jurnalistlərin suallarını cavablandıran WBC prezidenti onu da qeyd edib ki, Almaniyada yaşayan Azərbaycan əsilli Kristina Hamer çox gözəl tanınır:

"Gələcəkdə də Azərbaycanda bir sıra seminarlar keçirmək fikrimiz var. Peşəkar idmançılar və hakimlər üçün. Azərbaycanda peşəkar idmançılar və hakimlərdən ibarət qrup yaradılacaq. Ümid edirik ki, minimum 3 il ərzində Azərbaycanda dünya şöhrətli boksçülarla müqayisə ediləcək peşəkar idmançılar yetişəcək".


Müəllif: Könül