5 Oktyabr 2017 14:15
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millimizin daha bir üzvü heyətdən çıxarılıb.

AFFA-dan Teleqraf.com-a verilən məlumata görə, Araz Abdullayev zədəli olduğu üçün Azərbaycan milli komandasının DÇ-2018-in seçmə qrup mərhələsi çərçivəsində bu gün Çexiya, oktyabrın 8-də Almaniya ilə keçirəcəyi oyunlarda iştirak etməyəcək.

Qeyd edək ki, Maksim Medvedev də zədəli olduğü üçün 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində oktyabrın 5-də Çexiya, ayın 8-də isə Almaniya yığması ilə keçirəcəyi oyuna hazırlıq məqsədilə təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının düşərgəsindən ayrılıb.


Müəllif: Teleqraf.com