25 Aprel 2014 10:51
489

Şəmkirdə mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunmuş turnirdə 5-ci tura yekun vurulub.

Teleqraf.com xəbər verir ki, 5-ci tur Azərbaycan təmsilçilərinin aktivinə yazılıb. Teymur Rəcəbov dünya çempionu Maqnus Karlseni məğlub etməklə vahid lider olub. Digər Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov isə Fabiano Karuananı məğlub edib. Hikaru Nakamura ilə Sergey Karyakinin mübarizəsi “sülh”lə yekunlaşıb.

Xal durumu: Rəcəbov – 3, Karlsen, Karyakin, Nakamura, Karuana – 2,5, Məmmədyarov – 2.


Müəllif: