7 Oktyabr 2017 12:41
979
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kataloniyada keçirilən müstəqillik referendumuna dəstək verən “Barselona”nın ulduz futbolçusu Jerar Pike İspaniya-Albaniya matçında etirazla üzləşib.

Teleqraf.com xəbər verir ki, milliyyətcə katalon olan Pike hər dəfə topla təmasda olanda fitə basılıb. 60-cı dəqiqədə isə futbolçu oyundan kənarlaşdırlıb. Matçın 48-ci dəqiqəsində sarı kart göstərilən Pike İspaniyanın İsraillə oynayacağı son qrup oyunda da iştirak edə bilməyəcək.

Qeyd edək ki, 2018-ci ildə Rusiyada keçiriləcək Dünya Çempionatına qatılmaq üçün E qrupunda mübarizə aparan İspaniya bu oyunda Albaniyanı 3:0 hesabı ilə məğlub edib. Ancaq oyuna rahat əldə edilən qalibiyyətdən daha çox Kataloniya referendumunu dəstəklədiyinə görə Pikeyə edilən etirazlar, fitəbasmalar damğa vurub.


Müəllif: Səxavət