8 Oktyabr 2017 00:17
1 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdamın “Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci ev oyununda qarşılaşacağı “Atletiko” (Madrid) ilə matça bilet satışı davam edir.

Teleqraf.com klubun rəsmi saytına istinadən xəbər verir ki, satılan biletlərin sayı artıq 20 minə çatıb.

Azarkeşlər biletləri “ASAN xidmət” mərkəzlərindən, Heydər Əliyev Sarayının kassasından, “28 Mall”, “Gənclik Mall”, “Park Bulvar” alış-veriş mərkəzlərindən, “Azərbaycan”, “Nizami” kinoteatrlarının yaxınlığından və Üzeyir Hacıbəyov küçəsi 69x ünvanından ala bilərlər. Eyni zamanda, biletləri “iTicket.az” saytından onlayn əldə etmək də mümkündür. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

“Qarabağ”-“Atletiko” (Madrid) matçı oktyabrın 18-də saat 20:00-da Bakı Olimpiya Stadionunda start götürəcək.


Müəllif: Teleqraf.com