8 Oktyabr 2017 01:42
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mən martda Bakıda keçirdiyimiz oyunu yada salıram. Biz həmin matçda qolumuzu vura, almanları "qıdıqlaya", hirsləndirə bilmişdik. Rəqib komandanın futbolçuları oyundan sonra mənə yaxınlaşdılar. Dedilər ki, sizdən belə oyun gözləmirdik. Məncə, bundan yaxşı kompliment ola bilməzdi. Dünya çempionlarının belə fikirlər səsləndirmələri həqiqətən də xoş idi".

Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov Almaniya yığması ilə səfərdə keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup matçı barədə danışarkən deyib.

27 yaşlı yarımmüdafiəçi bildirib ki, dünyanın ən güclü komandalarından olan Bundestim qrupdakı bütün görüşlərindən qalib ayrılıb:

"Hər bir futbolçu belə oyundan həzz almalıdır. Üstəlik, son oyunumuzdur. Rəqibin adından asılı olmayaraq, rəqib önünə inamla çıxacağıq. Hazırlıq optimal səviyyədə keçdi. 30 min azarkeş önündə çıxış edəcəyik. Futbolçu üçün bundan böyük stimul ola bilməz. Hesabın necə olacağını 90 dəqiqənin sonunda biləcəyik".

Oktyabrın 8-də Kayzerslauterndəki "Frits Valter" stadionunda keçiriləcək Almaniya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.


Müəllif: Teleqraf.com