11 Oktyabr 2017 14:40
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

DÇ-2018-in seçmə mərhələsi başa açtıb. Artıq ayrı-ayrı komandaların müqayisəli statistik göstəriciləri də bəllidi. Azərbaycan millisi Avropa üzrə əksər göstəricilərdə orta sıralarda qərarlaşıb.

Yığmamız yalnız intiazmı ilə xüsusi diqqət çəkib. Robert Prosineçkinin rəhbərlik etdiyi kollektiv seçmə mərhələdə qaydaları ən az pozan iki komandadan biri olub. Millimiz keçirdiyi 10 qarşılaşmada 81 fola yol verib. Bunun qarşılığında hakimlər yığmanın futbolçularını 13 “sarı” və 1 “qırmızı” ilə cəzalandırıb. Yeganə meydandan qovulma halı Bədavi Hüseynovun passivinə yazılıb.

81 qayda pozuntusu Avropada 2-ci göstərici olub. Yığma yalnız seçmə mərhələnin bütün oyunlarını qələbə ilə başa vuran Almaniyadan geri qalıb. Bundestim cəmi 68 fola yol verib.

Maraqlıdı ki, bu baxımdan 3-cü ən yaxşı göstərici də Azərbaycan millisinin qrupdakı rəqibinə məxsus olub. İkinci olaraq pley-off oynamaq imkanı qazanan Şimali İrlandiya cəmi 90 qayda pozuntusu ilə 3-cü yeri tutub.

Millimizin futbolçusu Dmitri Nazarov isə ən çox qayda pozuntusuna məruz qalanlardan olub. O, Avropanın qarşısıalınmazları sırasında 3-cü yeri tutub.

Nazarov keçirdiyi görüşlərdə ümumilikdə 31 dəfə qayda pozuntusuna məruz qalıb ki, bu da yalnız polşalı Robert Levandovski (36) və sloveniyalı Yosip İliçiçdən (35) aşağı göstərici olub.


Müəllif: Teleqraf.com