11 Oktyabr 2017 16:50
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər və İdman Nazirliyi Azərbaycan Basketbol Federasiyasıyası haqqında deyilən iddialara münasibət bildirib.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, bu il Azərbaycan Basketbol Federasiyasıyasına 300000 manata yaxın pul xərclənib:

“2017-ci il ərzində Basketbol üzrə nazirlik tərəfindən 2 dəfə Azərbaycan çempionatının və Azərbaycan birinciliyinin zona və final oyunları keçrilib. 3 yaş qrupu üzrə (16-18-20 yaş) Avropa birinciliyinə komandalar tam heyətlə ezam olunub. 18 yaşlı oğlanlar 2 dəfə Gürcüstanın açıq çempionatına, yığma komanda (kişilər) Bişkekə 2 dəfə beynəlxalq turnirə, 20 yaşlı oğlanlar Gürcüstanın Tiflis şəhərində təlim məşq və yoldaşlıq görüşlərinə, 3x3 basketbol Daşkəsənə ezam olunub. Yeniyetmələrin 1-ci respublika oyunları çərçivəində oğlanlar arasında Şəmkir, Qax və Oğuzda zona və final yarışları keçrilib. Nəticədə bu il ümumilikdə 300 000 manata yaxın maliyyə xərclənib”.

Nazirlikdən qeyd edilib ki, Azərbaycan çempionatlarında icarə haqları və mükafatlar nazirlik tərəfindən ödənilib.

Qeyd edək ki, mətbuatda Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Basketbol Federasiyasıyasına pulların ayrılmaması ilə bağlı məlumat yayılıb.


Müəllif: İlhamə Əbülfət