16 Oktyabr 2017 16:20
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 18-də UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Atletiko" oyunu ilə əlaqədar paytaxtda ictimai nəqliyyatın fəaliyyətinə nəzarət gücləndiriləcək.

Bakı Nəqliyyat Agentliyindən Teleqraf.com-a verilən məlumatda qeyd olunub ki, agentlik həmin gün sərnişin avtobuslarının fəaliyyətinə nəzarəti gücləndirəcək.

Qurumdan budəfəki matç zamanı azarkeşlərin Bakı Olimpiya Stadionuna daşınması üçün ekspress avtobusların ayrılmayacağı bildirilib.

Xatırladaq ki, sentyabrın 27-də UEFA Avropa Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilmiş “Qarabağ” - “Roma” görüşü zamanı biletli tamaşaçıların daşınması Bakı Nəqliyyat Agentliyi tərəfindən ayrılan xüsusi ekspress xətt avtobusları vasitəsilə həyata keçirilmişdi.


Müəllif: Teleqraf.com