19 Oktyabr 2017 01:35
935
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mən "İnter”lə matçdan sonra da evdə yaxşı nəticə qazanacağımıza inandığımı söyləmişdim. Hər şey mümkündü. Bu gün yaxşı mübarizə apardıq. 3 xal da qazana bilərdik, ancaq 10 nəfər qalandan sonra geriyə çəkildik. Bu isə bizə bir az çətinlik yaratdı".

Telqraf.com xəbər verir ki, bunu "Qarabağ”ın futbolçusu Mahir Mədətov UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda İspaniya "Atletiko”su ilə 0:0 hesabı ilə bərabərə qaldıqları matçdan sonra jurnalistlərə açıqlamasında deyib.

Mədətov bildirib ki, komandası yaxşı oyun sərgiləyib: "Yaxşı mübarizə apardıq. "Roma” ilə qarşılaşmada da ilk 15 dəqiqədə bir az diqqətli olsaydıq, daha fərqli hesab ola bilərdi. Bu gün hamımız meydanda çox diqqətli oynadıq. Ona görə də yaxşı nəticə əldə edə bildik. "Atletiko” ilə cavab qarşılaşmasından əvvəl "Qəbələ” ilə oyunumuz var. Hələ ki, bu oyunu fikirləşirik. "Bakı”da oynadığım vaxt Milinko Pantiçin komandasında çıxış etmişəm. Ona görə bu gün onunla görüşdüm. Azərkeşlər 90 dəqiqə ərzində bizə dəstək oldular. Onların dəstəyi olmasaydı, biz yaxşı nəticə əldə edə bilməzdik. Komanda üçün əlimizdən gələni etmək bizim borcumuzdu. Qrupda maksimum xal toplamağa çalışmalıyıq".


Müəllif: Teleqraf.com