ABŞ-ın ESPN telekanalı Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunun rəmzi komandasını açıqlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, həftənin ən yaxşı 11-liyində "Qarabağ"ın müdafiəçisi Rəşad Sadıqov da yer alıb.
Sadqovdan başqa komandada “Tottenhem”in qapıcısı Uqo Lyoris, müdafiəçilər Aleksandr Kolarov (“Roma”), Aleksandr Arnold (“Liverpul), Cons Stounz (“Mançester Siti”), yarımmüdafiəçilər David Luiz (“Çelsi”), Harri Uinks (“Tottenhem”, Kvinsi Promes (“Spartak”), Miralem Pyaniç (“Yuventus”), hücumçular Lionel Messi (“Barselona”) və Edin Dzeko (“Roma”) da yer alıb.