21 Oktyabr 2017 20:12
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Premyer Liqasının IX turunun ikinci oyun gününün sonuncu görüşündə “Sumqayıt” klubu “Zirə” ilə qarşılaşıb.

Teleqraf.com xəbər verir ki, “Kapital Bank Arena”da baş hakim İnqilab Məmmədovun idarə etdiyi matçın dördüncü dəqiqəsində “Zirə”nin futbolçusu Sadio Tounkara hesabı açıb. Görüşün 37-ci dəqiqəsində Amil Yunanov hesabda tarazlığı bərpa edib – 1:1. Oyunun ilk hissəsi bu hesabla da başa çatıb.

İkinci hissənin sonlarında meydan sahibləri hesabda önə çıxa bilib. Vurğun Hüseynov 83-cü dəqiqədə “Sumqayıt”ın ikinci qolunu vurub – 2:1. Görüşdə qapılara başqa qol vurulmayıb.

Bu qələbədən sonra “Sumqayıt” klubu 13 xalla dördüncü pillədəki mövqeyini möhkəmləndirib.


Müəllif: Teleqraf.com