22 Oktyabr 2017 15:59
952
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Türkiyənin ən böyük derbilərindən birində “Qarabağ” plakatı açıla bilər.

Teleqraf.com xəbər verir ki, “Fənərbağça” klubunun ən böyük azarkeş qruplarından biri olan “Fenerist" qrupu “Sabah” qəzetinin köşə yazarı Mövlud Tezelin Azərbaycan xalqını və “Qarabağ” azarkeşlərini təhqir edən yazısına etiraz olaraq plakat açılmasını təklif edib: " "Fənərbağça” və “Qalatasaray” azarkeşlərindən xahişimiz bu “tərbiyəsiz” yazıya qarşılıq olaraq derbidə “QARABAĞ” plakatı açmalarıdır”.

Qeyd edək ki, Qeyd edək ki, “Sabah” qəzetinin köşə yazarı Mövlud Tezel “Qarabağ” – “Atletiko” oyununda azarkeşlərin hazırladığı plakatı təhqir edib. Bununla bağlı o, “Ezik kareoqrafi" adlı köşəsində tərəfdarların A4 kağızına “Qarabağ” yazmalarını futbol tarixində ən əzik, ən fakir, ən gülməli görüntü adlandırıb. Yazıyla bağlı sosial şəbəkədə ciddi müzakirələr aparılıb. Bundan sonra Tezelin yazısı qəzetin saytından silinib.


Müəllif: İlhamə