23 Oktyabr 2017 00:58
1 046
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Almaniya II Bundesliqasının XI turunda milli komandamızın oyunçusu Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge” komandası “Regensburq”u qəbul edib.

Teleqraf.com xəbər verir ki, oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Əsas heyətdə meydana çıxan Nazarov 20-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq oyundan qovulub. Buna onun aut atarkən topu bilərəkdən rəqib futbolçunun başına çırpması səbəb olub.

Qeyd edək ki, 11 oyundan sonra ehtyatıda 16 xal olan “Erzgebirge” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.


Müəllif: Teleqraf.com