22 Oktyabr 2017 23:18
1 060
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qəbələ”ni qələbə münasibəti ilə təbrik edirəm. Xeyli sayda qol epizodu görsək də, cəmi bir qol oldu. Oyunçularımın hamısından razı qaldım. Xeyli rotasiyalara əl atsaq da, hər kəs tapşırıqlarımı yerinə yetirdi. Komandada bir qədər yorğunluq olsa da, növbəti görüşlərə hazır olmalıyıq".

Teleqraf.com xəbər verir ki, bunu “Qəbələ” ilə oyundan sonra keçirilən mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bildirib.

Baş məşqçi bildirib ki, komandasının “Atletiko”ya qarşı keçirdiyi oyun bugünkü qarşılaşmaya da təsir edib: "Bəzi oyunçuları start heyətində buraxmamağımız da bununla əlaqədar idi. Bu cür matçlardan sonra bəzi futbolçular çempionata tam köklənə bilmir. Bəzi səhvlər psixoloji və fiziki yorğunluğumuzun göstəricisi idi"


Müəllif: Teleqraf.com