23 Oktyabr 2017 00:39
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün “Trabzonspor” -“Bursaspor” qarşılaşmasında hər iki komandanın azarkeşləri Azərbaycanın “Qarabağ” klubluna dəstək olaraq A4 vərəqlərinə yazılmış eyni adlı plakat nümayiş etdiriblər.

“Sabah” qəzetinin yazarı Mövlud Tezelin “Qarabağ” azarkeşləri haqqında yazdığı aşağılayıcı yazıya etirazlarını bildirən Türkiyə klublarının tərəfdarları hər zaman Azərbaycanın yanında olduqlarını bildiriblər.

Ötən gün Türkiyənin 3-cü liqasının 2-ci qrupunda keçirilən “Turqutluspor” – “Kayseri Ərciyəsspor” matçında da azarkeşlər Azərbaycan və Türkiyə bayraqları qaldırıblar. Həmçinin, “Ən kasıb, ən gülməli, ən əzik inad “Qarabağ” qürurumuzdur” şüarı yazılmış plakat qaldırıblar.

Qeyd edək ki, M.Tezelin saytdan çıxarılmış yazısında azarkeşlərin A4 vərəqlərində "Qrabağ" adını nümayiş etdirmələri idman mədəniyyətinin olmaması kimi göstərilib.

Yazı saytdan çıxarılıb, müəllif Azərbaycan xalqından və “Qarabağ” azarkeşlərindən üzr istəyib.


Müəllif: Teleqraf.com