23 Oktyabr 2017 19:52
952
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə superliqasının 9-cu turunda keçirilən “Qalatasaray" - "Fənərbaxça" oyununda birincinin tərəfdarlarının stadionda nümayiş etdirdikləri xareoqrafiya ölkədə böyük səs-küyə səbəb olub.

Teleqraf.com xəbər verir ki, Türkiyənin baş naziri Binəli Yıldırım olayın araşdırılması ilə bağlı göstəriş verib.

İddialara görə, stadionda "Ultraslan" tərəfindən açılan xareoqrafiya siyasi məqsəd daşıyır və FETÖ ilə bağlıdır.

Xareoqrafiyada əks olunan 'Rocky' filminin eyniadlı qəhrəmanının (aktyor Sylvester Stallone) heykəli Pensilvaniyadadır və orada "siz diz çökdüyünüz üçün, onlar böyük görünür. "Ayağa qalx" şüarı xalqa müraciətdir.

Bununla bağlı Türkiyə Baş Prokurorluğu tərəfindən araşdırma başlayıb.


Müəllif: Teleqraf.com