25 Aprel 2014 12:04
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xərçəng xəstəliyindən əziyyət çəkən “Barselona”nın sabiq baş məşqçisi Tito Vilanovanın səhhəti pisləşib.

Teleqraf.com xəbər verir ki, Kataloniya klinikalarından birinə yerləşdirilən Vilanova təcili əməliyyat olunub. Vəziyyəti pisləşən Vilanovanın qarın nahiyəsində problem yaranıb. Əməliyyatdan sonra da onun vəziyyətinin ağır olaraq qaldığı bildirilir.

Qeyd edək ki, məçqçi 2012-ci ildən xərçəng xəstəliyindən əziyyət çəkir. O, Nyu-Yorkda əməliyyat olunaraq bərpa kursu keçmişdi.


Müəllif: