4 Noyabr 2017 18:24
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start verilib.

Teleqarf.com-un məlumatına görə, turun ilk oyununda "Qəbələ" "Səbail"i qəbul edib.

Görüş ilk dövrəyə olduğu kimi, "Qəbələ"nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da xallarını 22-yə çatdıran "qırmızı-qaralar" ən azı bir günlük ikinci pilləyə yüksəliblər. "Səbail" isə 9 xalla 6-cı pillədə qalıb.

Hazırda "Sumqayıt" - "Keşlə" matçı keçirilir. Tura noyabrın 5-də "Kəpəz" - "Qarabağ" və "Zirə" - "Neftçi" oyunları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

XI tur

4 noyabr

16:00. "Qəbələ” – "Səbail” - 3:1

Qol: Famussa Kone, 16. Baqali Dabo, 29; 80 - Eltun Yaqublu, 87

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Vüsal Qənbərov, Elvin Əsgərov

AFFA nümayəndəsi: Ramiz Abdullayev

Hakim-inspektor: Füzuli Nəcəfov

Qəbələ şəhər stadionu


Müəllif: İlhamə Əbülfət