4 Noyabr 20:05
133

“Əsas odur ki, qələbə qazandıq. Bu cür oyunlarda iki qoldan sonra rəqibə daha da təzyiq olmalı idi. Ancaq bizdə əksinə oldu, rahatlaşdıq”.

Teleqraf.com-un məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqanın 10-cu turunda “Səbail”ə qalib gəldikləri oyundan (3:1) sonra keçirilən mətbuat konfransında deyib.

- Oyun zamanı çox gərgin görünürdüz. Komandanız hansı səhvləri sizi əsəbləşdirirdi?

- Bunu birinci dəfə görürdünüz? (gülür).

- “Qarabağ”la oyunda daha sakit idiz...

- Rəqiblərimizin hər birinə hörmət edirəm. “Qarabağ”la oyunda indikindən daha yaxşı, daha səhvsiz oynayırdıq. Ona görə də hər epizoda belə emosional münasibət bildirmirdim.

- “Səbail”in baş məşqçisi Samir Əliyev dedi ki, “Qəbələ”dən daha güclü oyun gözləyirdim.

- Bu, onun fikridir. Onun fikirlərinə hörmət edirəm.

- Yaranacaq fasilədə hansı planlarınız var? Ölkə xaricinə səfər gözlənilir?

- Heç bir planımz yoxdur, yəni, ölkə xaricinə yollanmayacağıq. Burda təlim-məşq toplanışı keçəcək və yoxlama oyununda qüvvəmizi sınayacağıq.

- Qarşıda “Neftçi” ilə oyununuz var. Ardıcıl 4 oyunda qalib gəliblər.

- “Neftçi” ilə bağlı əvvəllər də yüksək fikirdə olmuşam. Bundan öncə də bu komandanın layiq olmadığı yerdə olduğunu bildirmişdim. Oyunumuz çətin keçəcək.


Müəllif: Teleqraf.com