Futbol üzrə İngiltərə Premyer Liqasında 11-ci turun oyunları keçirilib.
Teleqraf.com xəbər verir ki, UEFA Çempionlar Liqasında Azərbaycan çempionu “Qarabağ”la bir qrupda yer alan “Çelsi” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Mançeter Yunayted”lə qarşılaşıb. Ağdam klubunun rəqibi bu oyundan qələbə ilə ayrılıb - 1:0. Qarşılaşmadakı yeganə qolu 55-ci dəqiqədə Alvaro Morata vurub.
Hazırda “zadəganlar” 22 xalla 20 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.