10 Noyabr 01:28
75

Dünya futbolunun ulduzları 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatının (DÇ-2018) rəsmi topunu Moskvada təqdim edib.

Teleqraf.com xəbər verir ki, tədbirdə "Barselona" futbol komandasının hücumçusu Lionel Messi, "Real"ın baş məşqçisi Zinəddin Zidan və digər ulduz futbolçular iştirak edib.

Almaniyanın "Adidas" şirkəti tərəfindən hazırlanan topun adı "Telstar 18"-dir.

DÇ-2018 oyunları iyunun 14-dən iyulun 15-dək Moskva, Sankt-Peterburq, Kazan, Nijni Novqorod, Samara, Volqorad, Yekaterinburq, Kalininqrad, Soçi, Rostov Don və Saransk şəhərlərində keçiriləcək.


Müəllif: Teleqraf.com