10 Noyabr 19:58
385

"Çelsi"nin sahibi, milyarder Roman Abramoviç Türkiyədə futbol klubu almaq istəyir.

Teleqraf.com xəbər verir ki, bu ölkəyə yatırım etmək istəyən rus milyarderin Türkiyənin ən güclü azarkeş ordusuna sahib olan "Karşıyaka"ya gözü düşüb.

Ötən həftələrdə artan borcları üzündən xalları silinən və aşağı liqaya göndərilmək təhlükəsi ilə üzləşən kluba azarkeşləri dəstək olub. Belə bir durumda klub üçün Abramoviçin fantastik hesab olunacaq bir təklif göndərdiyi bildirilir. Azarkeşlərin borclarını ödəməsinə rəğmən maliyyə böhranından çıxa bilməyən İzmir klubunun rus milyarderə satılacağı gözlənilir.

Qeyd olunur ki, artıq tərəflər arasında ilkin razılıq əldə olunub. Amma mətbuata heç bir məlumat verilmir.


Müəllif: Teleqraf.com