11 Noyabr 2017 20:14
1 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin “C” qrupunda yer alan Azərbaycan çempionu “Qarabağ” ilə İngiltərənin “Çelsi” klubu arasında Bakıda keçiriləcək oyuna bilet satışı davam edir.

Teleqraf.com Ağdam klubunun “Facebook” səhifəsinə istinadla xəbər verir ki, artıq qarşılaşmaya 50 mindən çox bilet satılıb.

“Qarabağ”–“Çelsi” oyunu noyabrın 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

Azarkeşlər biletləri Heydər Əliyev Sarayının kassasından, “ASAN xidmət” mərkəzlərindən, “28 Mall”, “Gənclik Mall”, “Park Bulvar” ticarət mərkəzlərindəki Qarabağ Futbol Klubunun fan-şopundan, “Azərbaycan”, “Nizami” kinoteatrlarının yaxınlığından və Üzeyir Hacıbəyli küçəsi 69x ünvanındakı satış məntəqələrindən ala bilərlər. Eyni zamanda, biletləri “iTicket.az” saytından onlayn əldə etmək də mümkündür. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.


Müəllif: Teleqraf.com