13 Noyabr 2017 20:28
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində ölkəmizi təmsil edən “Qarabağ” İngiltərənin “Çelsi” klubu ilə qarşılaşacaq.

Qarşılaşma 22 noyabr saat 21:00-da “Bakı Olimpiya Stadionu”nda keçiriləcək.

Klubun mətbuatla əlaqələr şöbəsindən aldığımız rəsmi məlumata görə, azarkeşlər üçün ayrılmış 68 500 biletdən artıq 64 500-ü satılıb. Satılmayan biletlərin çoxu isə rəqib komanda üçün ayrılmış yerlərə aiddir.

Klubun daha öncə də verdiyi məlumata görə, Çempionlar Liqası çərçivəsində “Qarabağ”ın keçirəcəyi son ev oyununda tribunada 3D xoreoqrafiya şousu hazırlanacaq./Publika.az/


Müəllif: Teleqraf.com