15 Noyabr 2017 14:31
1 144
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Azərbaycan yığmasına yeni təyinat olub.

Teleqraf.com xəbər verir ki, bu məlumatı Azərbaycan Futbol Federasiyası Assosasiyasının (AFFA) rəsmi Feysbuk hesabı yayıb.

Məlumata görə, millidə mətbuat katibi vəzifəsi yaradılıb. Yeni yaradılan vəzifəyə Elman Himayətoğlu təyin edilib.

Bildirilib ki, hazırda “Zirə” klubunun mətbuat katibi olan E.Himayətoğlu yanvarın 1-dən yeni vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, bu, Qurban Qurbanovun gəlişindən sonra yığmada ilk təyinatdır.


Müəllif: Samir