15 Noyabr 2017 19:39
1 689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fildişi sahilində keçirilən Fildişi-Mərakeş futbol oyunundan sonra xoşagəlməz hadisə yaşanıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə zamanı Mərakeşin baş məşqçisi Herve Renardın 20 yaşlı qızı Kandide soyunub-geyinmə otağının yaxınlığında stadionun yerli mühafizəçiləri tərəfindən döyülüb.
Olaydan sonra gənc qız xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, qarşılaşma Mərakeşin 2-0 hesablı qələbəsi ilə başa çatıb.


Müəllif: Samir