16 Noyabr 2017 08:05
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya millisinin baş məşqçisi Campyero Ventura istefaya göndərilib.

Teleqraf.com xәbәr verir ki, bu barədə İtaliya Futbol Federasiyasının saytı məlumat yayıb. Yığma DÇ-2018-in final mərhələsinə vəsiqə qazana bilmədiyi üçün bu qərar verilib.

Qeyd edək ki, yeni baş məşqçi vəzifəsinə əsas namizədlərin Karlo Ançelotti, Antonio Konte, Massimiliano Alleqri, Roberto Mançini olduğu iddia edilir.

Xatırladaq ki, İtaliya millisi DÇ-2018-in pley-off mərhələsində İsveç səddini keçə bilməyib.


Müəllif: Teleqraf.com