16 Noyabr 2017 11:45
1 613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinin Şərəf ordeni ilə təltif etdiyi Rusiya Qılıncoynatma Federasiyasının prezidenti İlqar Yaşar oğlu Məmmədov 1965-ci il noyabrın 15-də Bakıda anadan olub.

Teleqraf.com-un məlumatına görə, o, ziyalı ailəsində böyüyüb. 11 yaşına qədər musiqi ilə məşğul olub. 11 yaşından qılıncoynatma ilə məşğul olmağa başlayıb. Rapira ilə qılıncoynatma üzrə əməkdar idman ustasıdır.

1987-ci ildə Rusiyaya köçüb, MOİK idman cəmiyyətində ikiqat olimpiya çempionu Mark Midlerin rəhbərliyi ilə məşqlərə başlayıb. 1988-ci il Seul Yay Olimpiya Oyunlarında qızıl medala sahib olub. 1996-cı ildə Atlanta Yay Olimpiya Oyunlarının da qalibi olub. 1999-cu ildən məşqçi fəaliyyətinə başlayıb. Bir qədər sonra ABŞ-a köçüb, bir müddət orda yaşadıqdan sonra geri dönüb.

İlqar Məmmədov iki qat olimpiya, bir qat dünya, dörd qat Avropa çempionudur.

Ailəlidir. Həyat yoldaşı qılıncoynatma ustası Yelena Cemayevadır. İki qızı var.


Müəllif: Samir