19 Noyabr 2017 23:58
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çempionlar Liqasında "Çelsi" ilə çətin oyuna hazırlaşan "Qarabağ"ın düşərgəsindən xəbər var.

Teleqraf.com Sportlife.az-a istinadən xəbər verir ki, Ağdam klubunun gənc hücumçusu Elşən Abdullayev hərbi xidmətə yollanıb. Perspektivli futbolçu Bakıdakı hərbi hissələrdən birinə gedib-gəlir.

Məlumata görə, klub rəsmiləri Elşənin işini elə Bakıda həll etmək istəyir. Buna səbəb kimi futbolçunun komandanın düşərgəsindən uzaqlaşmaması, məşqlərdə iştirak edə bilməsi göstərilir. Güman ki, Abdullayev hərbi xidmətini yaşlı meydançada başa vuracaq.


Müəllif: Teleqraf.com