20 Noyabr 2017 16:50
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində baş tutacaq “Qarabağ” – “Çelsi” oyununun hakimləri müəyyənləşib.

Teleqraf.com UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, qarşılaşmanı portuqaliyalı hakimlər briqadası idarə edəcək.

Qarşılaşmanın baş hakimi Manuel De Souza olacaq. Ona Alvaro Mesquita və Rikardo Santos yardım edəcəklər. Fabio Verissimo ilə Luis Migel Branko Godinyo baş hakimin əlavə köməkçiləri olacaqlar. Dördüncü hakim funksiyasını isə Nuno Pereira yerinə yetirəcək.

Qeyd edək ki, oyun noyabrın 22-si saat 21:00-da Bakı Olimpiya Stadionunda start götürəcək.


Müəllif: Samir