21 Noyabr 2017 08:31
1 035
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın “Real Madrid” klubunun baş məşqçisi Zinəddin Zidan istefaya göndərilə bilər.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, klub prezidenti Fiorentino Peres “Real”ın La Liqadakı durumundan heç də məmnun deyil.

“Real” 12 turda 24 xal qazanıb və hazırda 3-cü yerdə qərarlanıb. Onun əzəli rəqibi “Barselona” isə 34 xalla liderdir.

Məlumatlara görə, vəziyyət dəyişməsə, Zidanı alman mütəxəssis Yoahim Löv əvəz edəcək. Löv hazırda Almaniya yığmasının baş məşqçisidir.


Müəllif: Samir