20 Noyabr 2017 21:32
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"ın qonağı olacaq "Çelsi" Azərbaycana yola düşüb.

Teleqraf.com klubun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, London təmsilçisi artıq İngiltərəni tərk edib. Antonio Kontenin komandasının gecə saatlarında paytaxtımıza çatacağı gözlənilir.

Qeyd edək ki, Bakı Olimpiya Stadionununda keçiriləcək "Qarabağ" - "Çelsi" oyunu noyabrın 22-i saat 21:00-da başlayacaq.


Müəllif: Teleqraf.com