22 Noyabr 2017 11:20
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Porto” ilə 1-1 hesablı heç-heçəyə razılaşan və topladığı xallarla final mərhələsinə vəsiqə qazanan Türkiyənin “Beşikdaş” klubunun qazancı açıqlanıb.

Teleqraf.com xəbər verir ki, “Qara qartallar” final mərhələsinə qrup lideri kimi yüksəlməklə 6 milyon avro qazanıb.

Bundan başqa, qrupda keçirdiyi 5 oyundan 3-ündə qələbə, 2-sində isə heç-heçə etməklə “Beşikdaş”ın büdcəsinə 5,5 miylon avro daxil olub.

Çempionlar Liqasının qrup mərəhələsinə yüksəldikdə isə türk klubu 22 milyon avro qazanmışdı.

Beləliklə “Beşikdaş”ın ÇL-da ümumi qazancı 33,5 milyon avro olub.

Qeyd edək ki, “Beşikdaş” ÇL-də son oyununu Almaniyanın “Leipziq” klubuna qarşı keçirəcək.


Müəllif: Samir