23 Noyabr 2017 00:25
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”ın qonağı olan London klubu 4:0 hesablı qələbə qazanıb.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında italiyalı mütəxəssis bu fikirləri səsləndirib: “Növbəti mərhələyə vəsiqə qazandıq. “Atletiko” ilə görüşün həlledici olmasının qarşısını aldıq”.

- Qırmızı vərəqə və penalti qərarları haqda nə deyə bilərsiz?

- Mənə görə, həmin vəziyyətlər haqda danışmaq çətindir. Çünki mən texniki zonada oluram və ordan məsafə uzaqdır. Gördüyümə əsasən, penaltinin olub-olmadığını deyə bilmərəm. Sadəcə, onu deyim ki, hakim öz işini görməli, heç bir komandanın lehinə tərəf tutmamalıdır.


Müəllif: Teleqraf.com