23 Noyabr 2017 15:45
4 205
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində baş tutan “Qarabağ”-“Çelsi” oyununu idarə edən portuqaliyalı hakim Manuel Jorge Neves Moreira de Souzanın Vikipediya məlumatlarında dəyişiklik edilib.

Teleqraf.com xəbər verir ki, Vikipediyada noyabrın 22-də keçirilən oyunda hakimin kobud səhv buraxdığı qeyd olunub.

Xatırladaq ki, qarşılaşma zamanı Souza klubumuzun kapitanı Rəşad Sadıqova qırmızı vərəqə verib və “Qarabağ”ın qapısına iki dəfə penalti təyin edib.


Müəllif: Samir