23 Noyabr 2017 22:04
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın "Roma" ilə səfər matçını stadiondan izləmək istəyənlər sabahdan etibarən oyunun biletlərini ala bilərlər.

Teleqraf.com-un məlumatına görə, bu barədə xəbəri Ağdam klubunun rəsmi saytı yayıb.

Biletləri klubun bazasından əldə etmək mümkündür (həftə içi hər gün, saat 10:00-dan saat 18:00-a qədər). Biletləri almaq üçün xarici pasport tələb olunur.

Yalnız bilet satışıyla bağlı əlavə məlumat üçün: (055) 400-49-18

Qeyd edək ki, ödənişlər yalnız avro ilə həyata keçirilir. Bir biletin qiyməti 40 avrodur.


Müəllif: Teleqraf.com