23 Noyabr 2017 22:50
1 044
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin “Arsenal” klubunun türk əsilli futbolçusu Məsud Özil İspaniyanın “Barcelona” klubu ilə anlaşıb.

Bu haqda Katalon radiosu məlumat yayıb.

Xəbərə görə, “Barselona” Almaniya milli komandasının üzvü ilə apardığı danışıqlar müsbət nəticələnib və tərəflər müqavilənin imzalanması üçün razılaşıblar.

Kataloniya radiosuna görə, Məsud 2017-2018-ci il mövsümünün fasiləsində “Barselona” ilə 3,5 illik müqavilə imzalayacaq./Publika.az/


Müəllif: Teleqraf.com