24 Noyabr 2017 20:39
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Argentina millisi və “Barselona”nın ulduz futbolçusu Lionel Messiyə “Qızıl buts” mükafatı verilib.

Teleqraf.com xəbər verir ki, mükafatı ona komanda yoldaşı Luis Suares təqdim edib.

Ötən mövsüm İspaniya La Liqasında 37 qolla birinci olan Messinin mükafatlandırılma mərasimi Barselona şəhərində keçirilib.

Qeyd edək ki, “Qızıl buts” mükafatı hər il “European Sports Media” və “Marca” qəzetinin təsisçiliyi ilə verilir. Messi 4-cü dəfə bu mükafata sahib çıxıb.


Müəllif: Teleqraf.com