25 Noyabr 2017 01:38
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Barselona”nın futbolçusu Lionel Messi 2018-ci ilin yayında başa çatacaq müqaviləsinin müddətini yeniləməkdən boyun qaçırır.

Teleqraf.com-un məlumatına görə, İspaniya mətbuatı iddia edir ki, argentinalı futbolçu yeni müqavilənin imzalanması üçün danışıqlar aparmaq istəyən klubun idman direktorunun telefon zənglərinə cavabsız qoyub.

Qeyd edək ki, Kataloniya klubunun prezidenti Yosep Maria Bartomeu 30 yaşlı hücumçu ilə 3 illik razılıq əldə olunduğunu açıqlamışdı. Amma hələlik tərəflər rəsmi müqavilə imzalamayıblar.


Müəllif: Teleqraf.com