27 Noyabr 2017 17:01
1 251
12 Punto 14 Punto 16 Punto 18 Punto

Superulduz Lionel Messi "Barselona" klubu ilə müqaviləsini yeniləyib.

Teleqraf.com xəbər verir ki, futbolçunun müqaviləsi 2021-ci ilə qədər uzadılıb.

Qeyd edək ki, onun sərbəst qalma məbləği 700 milyon avrodur. Məlumatlara görə, Messinin illik maaşı 50 milyon avro civarındadır.

30 yaşlı argentinalı futbolçu indiyəcən "Barselona"da 602 oyun keçirib, 523 qol vurub.

Komanda bu illər ərzində 8 dəfə İspaniya çempionu, 4 dəfə ÇL qalibi olub. Messi bu illər ərzində onlarla rekord qırıb.


Müəllif: Alpər