29 Noyabr 2017 13:18
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aşağı yaş qrupları üzrə Azərbaycan çempionatında kütləvi saxtakarlıq halları aşkarlanıb. "Report"un məlumatına görə, bu barədə AFFA İntizam Komitəsinin qərarlarında bildirilir.

Sadalanan faktlara əsasən, U-17 Liqasının “Kəpəz” – “Mil-Muğan” matçında qonaq komandanın heyətində lisenziyası olmayan futbolçu iştirak edib. Bundan başqa U-16 qızlar Liqasında UGİM (Naftalan) – “Əhmədli Yunayted”, U-13 qızlar Liqasında “Qusar” – “Təhsil” FM oyununda qonaqlar, “Mil-Muğan” (İmişli) – “Tomris” (Gəncə), “Qubek” (Balakən) – “Dinamo” (Baləkən), UGİM (Şəki) – UGİM (Qax) matçlarında meydan sahibləri, “Gənclik” (Şəki) – “Qabaqçöl” (Balakən) qarşılaşmasında isə hər iki komanda yaş limitini pozub.

İntizam Komitəsi saxtakarlığa yol verən bütün klublara 0:3 hesablı texniki məğlubiyyət verib.


Müəllif: Teleqraf.com