1 Dekabr 2017 12:07
875
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com ötən gün şübhəli oyun səbəbi ilə hüquq-mühafizə orqanları tərəfindən saxlanılan, daha sonra isə sərbəst buraxılan “Keşlə”nin sabiq futbolçusu Mirhüseyn Seyidovun Yenicag.az-a müsahibəsini təqdim edir.

– Mirhüseyn, dünən harda idiz?

– “Neftçi” ilə keçirilən oyunla bağlı idi. Zəif çıxış etmişdik. Hərə bir şey danışır. Biz də izahat verdik. Bukmeker kontorundan heç başım çıxmır. Bunlar hamısı boş söhbətlərdi. Mən elə insan deyiləm.

– Kim aldı izahatı?

– Polis bölməsində…

– Hansı polis bölməsində?

– Qeydiyyatda olduğum ərzanin polis bölməsinə çağırmışdılar. İnanırsız, heç bilmirəm hansı idi.

– Davam edin…

– Nizami Hacıyev “Neftçi” ilə müqavilə imzalamışdı. Mənim də ora getmək söhbətim va idi. Ürəyim “Neftçi”də idi. Dedim, zəif oynayım ki, “Neftçi” xal qazansın.

– Özün istədin, yoxsa kimsə demişdi?

– Heç kim heç nə deməyib. Sadəcə, özüm istədim. Buna görə də səhv etdiyimi bilirəm. Özümə haqq qazandırmıram. “Neftçi”nin qurbanı olmuşam. Əslində, qlobal bir şey yoxdu, çönüb qapıma qol vurmamışam. Cavan kimi səhv etmişəm. Buna görə də, AFFA, klub rəhbərliyi və azarkeşlərdən üzr istəyirəm. Məni səhv başa düşməsinlər.

– Bilərəkdən zəif oynamağınız bir oyunluq olub?

– Hə, bir dənə axırıncı oyunla bağlı olub. 5-6 oyun boş şeydi.

– Zaur Axundovla danışmısız?

– Hələ ki, yox.

– Müqavilənizə 4 gün əvvəl xitam verildiyindən xəbərdar idiz?

– Onu bilmirəm. Mən utancımdan çıxıb getmişəm. Hamı küskündür. Kim mənə məlumat verər ki?

– Nizami ilə bir yerdə idiz?

– Yox, o ayrı yerdə olub. Bir yerdə olmamışıq.

– Hüquq-mühafizə orqanları ilə işin qurtardı, yoxsa davam edəcək?

– Bəli. Dünəndən evdəyəm. Hər şey qaydasındadır.

– Bu hadisədən sonra səncə “Neftçi” rəhbərliyi hansı qərarı verəcək?

– Səhv addım idi. Mən “Neftçi”nin yetirməsiyəm. Bəlkə də, məni görəndə sağ ol dedilər. Amma bilirəm ki, düz addım deyildi. Mən o insanlardan deyiləm. “Keşlə” rəhbərliyindən də “Neftçi” ilə oyuna görə üzr istəyirəm. Qalan digər oyunlara başımla cavabdehəm.


Müəllif: Teleqraf.com