1 Dekabr 2017 19:42
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

FİFA reytinq siyahısını yeni sistemlə hesablayacaq.

Teleqraf.com xəbər verir ki, qurumun prezidenti Canni İnfantino hazırkı sistemin o qədər də obyektiv olmadığını bildirib. O, hazırda yeni sistem üzərində işlədiklərini bildirib: "Yeni reytinq siyahısı piramida təsiri bağışlayacaq. Müxtəlif ölkələrin, müxtəlif qitələrin komandalarını müqayisə etmək çətindir. Onlar bir-biriləri ilə, demək olar ki, oynamırlar. Ziddiyyət ortaya çıxır. Bu, aydın məsələdir. Biz də bu məsələ üzərində işləyirik".

Qeyd edək ki, hazırda Azərbaycan millisi FİFA reytinqində 281 xalla 117-ci pillədə qərarlaşıb. Yığma Qazaxıstanla Filippin arasındadır.


Müəllif: Teleqraf.com