5 Dekabr 10:44
164

taliyanın “Roma” klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinin son turunda "Qarabağ"la oyun üçün iştirak ərizəsi açıqlanıb.

Teleqraf.com xəbər verir ki, Roma klubunun baş məşqçisi Eusebio Di Françesko siyahıya 19 futbolçunun adını daxil edib:

Qapıçılar: Alison Bekker, Lukaş Skorupski;

Müdafiəçilər: Juan Jesus, Aleksandar Kolarov, Hektor Moreno, Federiko Fasio, Kostas Manolas;

Yarımmüdafiəçilər: Raca Naynqqolan, Kevin Strotman, Lorenso Pelleqrini, Daniele De Rossi, Maksim Qonalon, Alessandro Florenso, Jerson;

Hücumçular: Dieqo Perotti, Edin Ceko, Patrik Şik, Cengiz Ünder, Stefan El-Şaaravi.

“Roma" - "Qarabağ" oyunu bu gün “Olimpiko” stadionunda keçiriləcək və Bakı vaxtilə saat 23:45-də start götürəcək.


Müəllif: Teleqraf.com