6 Dekabr 2017 10:04
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün futbolçularımdan razı qaldım.

Bunu "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində keçirilən "Roma" - "Qarabağ" oyunundan (1:0) sonra mətbuat konfransında deyib.

Ağdam təmsilçisinin baş məşqçisi "Roma"nı təbrik edib: "Növbəti mərhələdə onlara uğurlar arzulayıram. Məğlub olmaq istəmirdik, lakin bütün futbolçularımdan razı qaldım. Çox güclü komandaya qarşı oynayırdıq. Çox çətin idi. Ancaq futbolçularım layiqli mübarizə apardılar".

Qeyd edək ki, turnirdə C qrupunda mübarizə aparan "Qarabağ" 2 xalla sonuncu yeri tutub./Trend/


Müəllif: Teleqraf.com