6 Dekabr 2017 23:25
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Real" bu qış "İnter"in futbolçusu Mauro İkardini transfer etməyə hazırlaşır.

Qol.az-ın "Football İtalia"ya istinadən yaydığı xəbərə görə, bununla bağlı artıq iki klub arasında razılıq əldə olunub. Bu transfer üçün Madrid təmsilçisinin 80 milyon avro ödəyəcəyi iddia edilib. 24 yaşlı hücumçunun bu ay "Real"da tibbi müayinədən keçəcəyi bildirilib.

Qeyd edək ki, M.İkardi 2013-cü ildən "İnter"in şərəfini qoruyur.


Müəllif: Teleqraf.com