8 Dekabr 2017 12:16
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə yığması və “Barselona” klubunun futbolçusu Arda Turan Sarıyerdəki villasını satışa çıxarıb.

Teleqraf.com xəbər verir ki, “Barselona”ya transfer olunandan sonra diqqət mərkəzinə düşən, amma zədə alması səbəbindən şanslarını əldə verən futbolçu, güman ki, qış transfer dövründə yenidən nəzərləri özünə cəlb edəcək.

Bununla yanaşı, futbolçu haqqında başqa bir xəbər də yayılıb. Ardanın aktyor qardaşı Okan Turan sosial şəbəkə hesabından futbolçunun evinin satışa çıxarılması ilə bağlı paylaşım edib.
Villanın qiyməti 5,5 milyon dollar göstərilib.


Müəllif: Cabbar