8 Dekabr 11:54
498

Bosniya və Herseqovina Futbol Federasiyası türkiyəli futbol mütəxəssisi Fatih Terimə təklif göndərib.

Teleqraf.com xəbər verir ki, adı “Qalatasaray” və Avstraliya yığması ilə hallanan Fatih Terimə bu dəfə Bosniya və Herseqovina milli komandasında baş məşqçi postu təklif olunub:

“Peşəkar futbolçularımız var, sizin kimi mütəxəssisə ehtiyacımız böyükdür. Bütün şərtləri özünüz seçin, yetər ki, gəlin...”

Bosniyalılar tərəfindən çox sevilən imperator bu təklifə “yox” deməyib. Sadəcə, düşünməyə vaxt istəyib.

Qeyd edək ki, ard-arda məğlubiyyətlərdən sonra “Qalatasaray” da Fatih Terimi komandanın baş məşqçisi görmək istəyir.


Müəllif: Cabbar