8 Dekabr 2017 15:43
1 269
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli futbolçu Arda Turan “Barselona”dakı karyerasını başa vurub.

Teleqraf.com xəbər verir ki, özünə yeni klub axtaran Arda üçün Arsenal, Monako və Qalatasaray kimi klublardan təkliflər var idi. Ancaq şayiələrə görə, futbolçu Türkiyə klublarından biri ilə razılığa gəlib. Oyunçunun agenti Əhməd Bulud “Beşiktaş”-“Qalatasaray” derbisindən sonra Arda üçün bəzi klublarla görüşdüyünü və nəticənin 15 gün ərzində bəlli olacağını açıqlamışdı.

Artıq Barcelonadan ayrılacağı dəqiqləşən Ardanın gözlənildiyi kimi “Qalatasaray”la yox, heyətini ulduz futbolçularla gücləndirən başqa bir türk klubu İstanbul “Başakşehir”lə ilk görüşdə razılığa gəldiyi məlum olub.

Qeyd edək ki, Arda Turan bütün müsahibələrində Türkiyəyə qayıdacağı halda yalnız “Qalatasaray”da oynayacağını demişdi.


Müəllif: Xəzər Süleymanlı